Əlaqə Əsas səhifə










Zirə Mədəniyyət Mərkəzində Xalça Muzeyinin tərkibində Xalçaçılıq Tədris Mərkəzi fəaliyyət göstərir. Tədris mərkəzində Azərbaycan xalçaları haqda praktik və nəzəri dərslər keçirilir. Bu dərslərdə müxtəlif yaş qruplarına aid şəxslər iştirak edirlər. Praktik dərslərdə xalçanın toxunuş texnologiyası, nəzəri dərslərdə isə qədim Azərbaycan xalçaçılıq sənətinin tarixi və incəlikləri tədris edilir. Tədris mərkəzi üçün xüsusi xanalar hazırlanıb. Xalçaçılıqda istifadə olunan ip, əriş, ərqac,bıçaq, həvə, qayçı və s. ləvazimatlarla təchiz olunub. Nəzəri dərslərin daha səmərəli keçirilməsi üçün mərkəz Azərbaycan xalçaçılığı və tarixi haqda audio və video materiallar, kitablar, kataloqlar və jurnallarla təmin olunub. Bu məqsədlə otaqda kompüter və monitor qurulub. Mərkəzdə tədris zamanı istifadə olunan xalça eskizləri və çeşnilərin hazırlanması üçün rəssamlıq otağı fəaliyyət göstərir. Burada 30-dan artıq şagirdə xalçaçılığın sirləri öyrədilir. Perspektivdə xalça fabrikinin yaradılması nəzərdə tutulur.