Xəzər rayon İcra Hakimiyyəti və Xəzər rayon Yeni Azərbaycan Partiyası “15 İyun Milli Qurtuluş Günü”-nə həsr olunmuş bayram tədbiri.
Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda Xəzər rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə “15 İyun Milli Qurtuluş Günü”-nə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbirdə Xəzər rayon İcra Hakimiyyəti başçısının I müavini Vaqif Həsənov, müavinlər Arif Balayev və Lalə Əhmədova, YAP Xəzər rayon təşkilatının sədri Namik Əhmədov, YAP siyasi şuranın üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, RİH başçısı aparatının əməkdaşları, Xəzər rayon ictimaiyyətinin nümayəndələri, Azərbaycan Təhsil İoşçiləri, Azad Həmkarlar İttifaqı Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov, rayonun digər idarə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başlanıb. Ulu Öndər Heydər Əliyevin siyasi-ictimai baxışlarından bəhs edən video-çarx nümaiş olunub.
Rəsmi hissədən sonra tədbir xanəndə Firuz Məmmədovun ifasında bayram konserti ilə davam etmişdir.