Türk şəhid ailələrinin övladıları Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkın qonağı oldular.
19 Yanvar tarixində Türkiyəli şəhid uşaqları Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkın qonağı oldular. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının və Bakı şəhər Nəsimi rayon İcra hakimiyyətinin ortaq layihəsi olaraq türkiyəli şəhid və veteran ailələrindən uşaqlar Azərbaycanda, may ayında isə azərbaycanlı şəhid ailələrinin uşaqları Türkiyədə qonaq olacaqlar. Şəhid və qazi uşaqlarının Azərbaycanı tanıması və görməsi, Azərbaycandakı şəhid və veteran övladlarının Türkiyəni görüb tanıması Türkiyə-Azərbaycan qardaş- lığının daha da mükəmməlləşməsi naminə atılmış bir addımdır. Nəsimi və Xəzər rayon İcra hakimiyyəti və TADF nümayəndələri ilə birgə 25 uşaq mərkəz və parkla tanış olmuş, Xalça Muzeyində “Bakı xalçaları. Yeni çeşnilər” ekspozisiyası ilə tanış olmuşlar. Türkiyəli qonaqlarla 20 Yanvar şəhidləri, bu faciə barəsində söhbət aparıldı.