26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələr günü
Milli Ordumuzun yaranmasının 101-ci il dönümü münasibətilə Zirə qəsəbə Mədəniyyət Mərkəzi ilə birgə Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda N saylı hərbi
hissənin əsgər və zabit heyətinin iştirakı ilə tədbir keçirilmişdir. İlk öncə “Orxideya Evində” çay süfrəsi ətrafında qarşılanan hərbiçilərlə birgə mərkəzin qonaqları Eko- Parkda hərbi orkestrin ifasında marşlarımızı dinləmiş, sonda əsgərlərlə birgə azərbaycan himnini səsləndirmişlərlər. Tədbirin ikinci hissəsi 3D Cinema zalında “Yenilməz Ordumuz” adlı konsert proqramı ilə davam etmişdir. Konsertdə “Bakının İşıqları” və “Nur” rəqs qrupları rəngarəng musiqi nömrələri ilə çıxış etmişlər.