“Zirədə Muğam Dəsgahı” adlı tədbir təşkil edildi.
05 mart 2016-cı il tarixində Xəzər rayonu Zirə qəsəbəsində Heydər Əliyev Fondunun unikal layihəsi əsasında inşa edilmiş Zirə Mədəniyyət Mərkəzi – Eko Parkda “Zirədə Muğam Dəsgahı” adlı tədbir təşkil edilmişdir. Tədbirin mövzusu müasir dövrdə Azərbaycanda muğam toleyrantlıq və din ənənələrinin inkişafı bu anlayışlara hər hansı dar cərçivədən kənar açıq baxış bucağından nəzər yetirmək. Məkəzin əməkdaşı Ləman Əliyeva giriş sözü ilə tədbiri açaraq tədbir iştirakçılarını salamlamış, qonaqları təqdim etmişdir. Tədbirin fəxri qonaqları şərqşünas-alim,akademikVasim Məmmədəliyev, Əməkdar İncəsənət xadimi Aqil Məlikov, Xalq artisti, tarzən Vamiq Məmmədəliyev, Respublikanın Xalq artisti Ağaxan Abdullayev, Xəzər rayonu ağsaqqalı Cümşüd Muradov, Yazıçılar birliyinin katibi İlqar Fəhmi, Əməkdar artistlər Teyyub Aslanov və Almaz Orucova olmuşlar. Tədbirdə həmçinin, gənc xanəndələr, Hüseyn Məlikov, Məmməd Nəcəfov, Nisbət Sərdayeva və onları müşaiyət edən Hikmət və Orxan Abdullayevlər iştirak etmişlər. Eləcə də, musiqiçiləri kamançada Əməkdar artist Toğrul Əsədullayev, tarda Valeh Allahverdiyev müşaiyət etmişlər. Tədbir zamanı xanəndələr Aqil Məlikov, Teyyub Aslanov, Almaz Orucova, V Muğam Müsabiqəsinin qalibi Nisbət Sərdayeva və Hüseyn Məlikov, Məmməd Nəcəfov müxtəlif muğam dəsgahları ifa edərək qonaqların zövqünü oxşamışlar. Zirə Mədəniyyət Mərkəzi – Eko Park tərəfindən bu görüşlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulmuşdur. Sonda qonaqlarla xatirə şəkli çəkildi.