"Vitraj" Art Studiyada ustad dərsi
Zirə Mədəniyyət Mərkəzi Eko-Park Art-Studiyada 27 noyabr 2016-cı il tarixində Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda rəssam Əliyev Dəyanət tərəfindən Vitraj üzrə ilk ustad dərsi keçirilmişdir. Dərsdə Mərkəzin gənc rəssam-tələbələri iştirak etmişlər. Bu tip dərslər davamlı olaraq incəsənətin müxtəlif sahələri üzrə təşkil olunacaqdır.