28 May Respublika Günü münasibətilə Zirə Mədəniyyət Mərkəzində klassik musiqi gecəsi
28 May Respublika Günü münasibətilə Zirə Mədəniyyət Mərkəzində klassik musiqi gecəsi keçirilmişdir.
Azərbaycanın Xalq Artisti Fidan xanım Hacıyeva və tələbələrinin iştirakı ilə klassik avropa və azərbaycan musiqilərindən ibarət konsert proqramı dinləyicilər tərəfindən böyük maraqla qarşılanmışdır. Konsertdə solo ifalarla yanaşı rəngarəng duetlər ifa olunmuşdur. Konsertə "Arşın mal alan" operettasından parça, "Küçələrə su səpmişəm" xalq mahnısı və s. bəstələr ifa olunmuşdir. Konsertin fəxri qonağı, əməkdar artist Fərid Əliyev musiqisevərlərə öz ifası ilə xoş dəqiqələr bəxş etmişdir. Konsertin bağlanışında Respublika Gününə ithaf olaraq ifaçılar Müslüm Maqomayevin “Azərbaycan” musiqisini ifa etmişlər.
Sonda Fidan xanım, tələbələri və klassik musiqisevərlər xatirə şəkilləri çəkdirmişlər.