Xocalı qətliamının 27-ci il dönümünə həsr olunmuş tədbir keçirilmişdir.
26 Fevral tarixində Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda Xocalı qətliamının 27-ci il dönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Zirə Mədəniyyət Mərkəzi Eko-Park kollektivi, Zirə qəsəbə Mədəniyyət Mərkəzinin işçiləri, N. Yaqubov adına 120 saylı orta məktəb və Z. Ağayev adına 241saylı orta məktəbin şagird və müəllim kollektivi iştirak etmişlər. Tədbir çərçivəsində Xocalı soyqırımına həsr olunmuş "Əsrin ən dəhşətli faciəsi" adlı video-çarx və "Mübarizə" filmi nümaiş olundu.