Cənubi Koreyanın Azərbaycandakı səfiri cənab Tong Op Kim Zirə Mədəniyyət Mərkəzi - EKO Parkın qonağı olmuşdur
Cənubi Koreyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Tong Op Kim Zirə Mədəniyyət Mərkəzi - EKO Parkın qonağı olmuşdur. Mərkəzlə tanışlığı Tədris sahəsindən başlayan səfir tələbələr üçün mərkəzdə yaradılmış üstün imkanlarla tanış olmuş, art-studiya, gimnastika zalı, xalça tədrisi, şahmat klubu və digər tədris sahələri barədə geniş məlumatlandırılmışdır. Çay masası arxasında səmimi söhbət zamanı Azərbaycan – Koreya mədəni-iqtisadi münasibətləri barədə danışılmış, qarşılıqlı tədbir və sosial layihələr barədə ilkin razılığa gəlinmişdir. Səfir EKO Parkda xatirə ağacı əkmiş, mərkəzin bir qrup heyəti ilə xatirə şəkli çəkmişdir.