Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş “Biz bir ailəyik” adlı hesabat konserti.
Zirə Mədəniyyət Mərkəz Eko-Park və Zirə qəsəbə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 04 iyun tarixində rəqs qruplarının 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş “Biz bir ailəyik” adlı hesabat hesabat konserti keçirilmişdir.
Bir çox yerli və dövlət əhəmiyyətli tədbirlərdə iştirak etmiş, beş ildən artıq Zirə Mədəniyyət Mərkəzinin “Bakının İşıqları” qrupunda Zirəni təmsil edən gənc rəqqaslarla bərabər bugünkü tədbirdə ilk səhnə təcrübəsini sınayan iştirakçılar da az olmadı.
Tədbiri çıxış sözü ilə başlayan Ləman Əliyeva, Zirədə 2008-ci ildən başlamış inkişaf yolundan söhbət açmış, bu 10 ildə Mərkəzin əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar barədə məlumat vermişdir. Zirə qəsəbə Mədəniyyət Mərkəzinin bədii rəhbəri Məzahir Rüstəmov rəqqasları təbrik etmiş, onlara yeni-yeni nailiyyətlər arzulamışdır.
Konsertdə milli və bəstəkar rəqslərindəndən “Atəşgah”, “Naxçıvani”, “Qaval”, “Şalaho”, “Bəy rəqsi”, “Tərəkəmə”, “Qafqaz”, “İgidlər”, “İncəlik”, “Bayram süitası” və dünya xalqlarının “Qaraçı”, “Meksikan” rəqsləri ifa edilmişdir.
Sonda rəqqaslar diplom və təşəkkürnamələrlə mükafatlandırılmışlar.