Qrinç, Zirə Mədəniyyət Mərkəzi - EKO Parkda
Yeni, 2019-cu ilin gəlişini əyləncəli və yaddaqalan etmək üçün Zirə Mədəniyyət Mərkəzitərəfindən balaca dostlarımıza 27 dekabr – 30 dekabr tarixlərində ”Qrinç Eko-Parkda” adlı Yeni İl şənliyi təşkil olunmuşdur. Şənliyə rəngarəng köpük, alov, şar, kreo-şou ilə bərabər sehirbaz, müxtəlif cizgi film qəhrəmanları, Şaxta Baba və Qar Qız xüsusi rəng qatmış, uşaqların əyləncəsini yaddaqalan etmişlər. Beş saatlıq əyləncə Yeni İl menyusu və “Qrinç” 3D cizgi filminin nümayişi ilə sonlanmışdır. Uşaqların mərkəz daxilində xüsusi fotozonalarda professional fotoqraf tərəfindən şəkilləri çəkilmiş, face-art rəssamları tərəfindən üzlərində müxtəlif cizgi filmi qəhrəmanları və bəzəklər edilmişdir. 28 dekabrda Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbin 3-5-ci sinif şagirdləri şənliyimizin qonağı oldular.