Rəssam Məzahir Rüstəmovun “Rəssamlıqda kompozisiya” adlı seminarı keçirilmişdir
17 fevral tarixində Zirə Mədəniyyət Mərkəzində rəssam Məzahir Rüstəmovun “Rəssamlıqda kompozisiya” adlı seminarı keçirilmişdir. Seminarda kompozisiyanın əsas elementləri açıqlanmış, rəssamlıq cərəyanları və məktəblərindən danışılmış, məşhur rəssamların işləri nəzərdən keçirilmişdir. Seminarda rəssamlıqda kompozisiya baxımından önəmli olan işlər ilk baxışdan nəzərdən qaça biləcək simvollar barədə məlumat verilmişdir. Sonda xatirə şəkilləri çəkilmişdir.