Zirə Mədəniyyət Mərkəzi - EKO Parkda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş tədbir keçirilmişdir
10 May tarixində Zirə Mədəniyyət Mərkəzi - EKO Parkda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş tədbir
keçirilmişdir. Rəsmi və konsert proqramından ibarət olan tədbirin birinci hissəsində tədbir iştirakçılarını salamlayan Ləman Əliyeva Heydər Əliyev
və onun Azərbaycanın siyasi-ictimai həyatındakı rolundan söz açmışdır. Zirə Mədəniyyət Mərkəzinın ingilis dili dərnəyi şagirdləri Azərbaycan,
Heydər Əliyev barəsində ingilis dilində hazırladıqları şeir və mətnləri səsləndirmişlər. Tədbir iştirakçıları Heydər Əliyevin həyat və siyasi-
ictimayi fəaliyyətini əks etdirən video-çarx izləmişlər. Birinci hissənin sonunda Eko-Parkın xatirə bağında bu günün şərəfinə Mərkəzin
direktoru X. Əliyeva, Zirə bələdiyyəsi sədri A. Hüseynov, Zirə qəsəbə nümayəndəsi F. Məlikov xatirə ağacları əkmiş, 120 və 241 saylı
məktəblərin şağirdləri ərazidə güllər əkmişlər. Fəvvarələr Meydanında ATV kanalı ilə birgə təşkil olunmuş konsert
proqramında Roza Zərgərli, “Xatirə”instrumental musiqi qrupu, Sevil və Sevinc bacıları, Orxan Babazadə, Əbdül Xalid, Eldəniz Məmmədov,
Vüqar Kamiloğlu, Lətifə Soyuöz musiqi nömrələri ilə çıxış etmiş, Azərbaycanı tərənnüm edən mahnılar ifa etmişlər. Konsert
proqramında həmçinin Zirə Mədəniyyət Mərkəzinin “Bakının İşıqları” və “Nur” rəqs ansamblları da rəngarəng rəqsləri ilə izləyicilərin könlünü oxşamışlar.