Zirə Cinema kinozalında “Xoca” filmi nümaiş olundu.
26 fevral 2016-cı il tarixində saat 1315-də Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda Zirə Cinema kinozalında “ANS” şirkətlər qrupu – “Bakı Film” istehsalı olan “Xoca” filmi nümaiş olundu. Filmin nümaişində əsas məqsəd gənc nəsldə ən yeni tariximizin qanlı səhifəsi olan XX əsrin 90-cı illəri haqqında canlı təəssürat oyatmaq, Xocalı qətliamının, o günün dəhşətlərinin, bu hadisənin pərdəarxası məqamlarının, insan faciəsini özündə əks etdirən görüntülərin onların yaddaşında iz qoymasına, əsl tariximizi öyrənmələrinə, vətənpərvərlik ruhunun aşılanmasına yardımçı olmaqdır. Film baxışına Xəzər rayonu Zirə qəsəbəsi N.Yaqubov adına 120, Z. Ağayev adına 241 və 324 saylı tam orta məktəblərin 8, 9 və 10-cu sinif şagirdləri və müəllim kollektivi cəlb olunmuşlar.