Naxçıvan şəhərində “Nakhcivan Open 2016” açıq şahmat turniri
2016-cı il 09-18 May tarixlərində Naxçıvan şəhərində “Nakhcivan Open 2016” açıq şahmat turniri keçirilmişdir. Bu turnirdə Zirə Mədəniyyət Mərkəzi Eko-Park Şahmat dərnəyinin müəllimi İdrisov Təbriz, üzvlər Əzimov Rəşad Elşad oğlu və Babayev Emil iştirak etmişlər.
İdrisov Təbriz Arif oğlu A qrupunda yarışaraq Fide Master normasını yerinə yetirmişdir.
B qrupunda Əzimov Rəşad Elşad oğlu (16 yaş), C qrupunda Babayev Emil İsrafil oğlu (12 yaş) uğurla iştirak edərək FIDE Beynəlxalq Reytinq Siyahısına qeydiyyata düşmüşlər.
İdrisov Təbriz Arif oğlu – 9 oyundan 4 xal toplamış, Fide Master normasını yerinə yetirmişdir.
Əzimov Rəşad Elşad oğlu (16 yaş) – 9 oyundan 3 xal toplamışdır.
Babayev Emil İsrafil oğlu (12 yaş) – 9 oyundan 4.5 xal toplamışdır.