“Nizami Gəncəvi Mədəni İrsi XXI əsrdə” adlı simpoziumun loqosunun təqdimatı keçiriləcək
17 iyul tarixində, saat 18:30-da Zirə Mədəniyyət Mərkəzi - EKO Parkda Heydər Əliyev Fondunun və Zirə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılğı ilə “Nizami Gəncəvi Mədəni İrsi XXI əsrdə” adlı simpoziumun loqosunun təqdimatı keçiriləcək. Həmçinin saat 20:00-da "Avanqard" orkestrının təqdimatında "Musiqili Proektor" konsert proqramı baş tutacaq.