Zirə Mədəniyyət Mərkəzində “Zirə Open 2016” şahmat turniri
27-28 avqust tarixlərində Zirə Mədəniyyət Mərkəzində “Zirə Open 2016” şahmat turniri baş tutmuşdur. Fide Master İdrisov Təbriz və Quliyev Raul turnirə hakimlik etmişlər.
Turnirin birinci hissəsi – Rapid Raiting Tournament canlı olaraq Zirə Mədəniyyət Mərkəzinin Youtube səhifəsində(www.youtube.com/watch?v=Y9EIZdZgix4) və www.chessbomb.com, www.chess24.com, saytlarında yayımlanmışdır.
Yarışlara saat 12:00-da start verilmişdir.
Bakı məktəbləri ilə yanaşı turnirdə Gəncə, Quba, Şəki şahmat məktəbləri də təmsil olunmuşdur. Qrossmeyster, məsələ həlli üzrə dünya çempionu, Dünya Kuboku qalibi Zaur Məmmədov, Beynəlxalq usta İbrahimova Səbinə, Beynəl xalq usta Heydərli Kənan, Dünya-Avropa çempionu Muradlı Məhəmməd, Dünya-Avropa Çempionatlarının mükafatçıları Məmmədova Nərmin, İsmayıl Mələk və bir çox titullu şahmatçılarımız turnirdə iştirak etmişlər.
Yarışın nəticələri və qaliblər II günün sonunda Blits Turnirdən sonra elan olunaraq uğurlu iştirakçılar mükafatlandırılmışlar.
Rapid reytinq turnirinin nəticələri:
Blits reytinq turnirinin nəticələri:
8-10-12 yaşadək qızlar və oğlanlar arasında ilk 3 yerin qalibləri diplom və medallarla təltif olunmuşlar.