Bakı qrupuna aid “Novxanı”, “Fatmayı”, “Xilə-Əfşan” xalçaları
Zirə Mədəniyyət Mərkəzi Xalçaçılıq Tədris Mərkəzində başlayan əl ilə xalça toxuma sənətini yaşatma amalı bu gün daha bir zirvəsinə çatmışdır. Zirə Mədəniyyət Mərkəzi Xalçaçılıq Müəssisəsində Azərbaycanın müxtəlif xalça qruplarına aid növbənöv xalça nümunələri toxunmaqdadır. Xalçalar əl işi olub, xalislik sertifikatlı, təbii boyalarla rənglənmiş, yun saplı, xovlu, uzun ömürlü, yüksək kefiyyətlidir. Artıq müəssisəmizdə Bakı qrupuna aid “Novxanı”, “Fatmayı”, “Xilə-Əfşan” xalçaları yüksək zövqlə toxunmuşdur.