Bakı Gimnastika Məktəbində bədii gimnastika üzrə II açıq təhsil kuboku
Bu gün Bakı Gimnastika Məktəbində bədii gimnastika üzrə II açıq təhsil kuboku keçirilir. II təhsil kubokunda 107 gimnast iştirak edir. Onlar Azərbaycan regionları daxil olmaqla müxtəlif idman cəmiyyətlərini təmsil edirlər.
Yarışların açılış mərasimindəki Bakı Gimnastika Məktəbinin azyaşlı idmançıları iştirak ediblər. Onlar rəngarəng nümunəvi nömrələr icra ediblər.
Qaliblərin mükafatlandırma məsarimində Bakı Gimnastika Məktəbinin direktoru Adil Hüseynzadə, “Təhsil” Respublika İdman Mərkəzinin direktor müavini Elvin Qurbanov, Bakı Gimnastika Məktəbinin direktor müavini Şahin Kazımzadə və məktəbin təhsil şöbəsinin müdiri Adıgözəl Rəcəbov iştirak ediblər.
E.Qurbanov yarışlarda əldə edilmiş uğurlara görə təbrik edib və onlara gələcək idman karyeralarında uğurlar arzulayıb: “Ümid edirəm ki, beynəlxalq səviyyədə bəddi gimnastikada azərbaycanlı gimnastların nəticələri daha da yüksək olacaq. Bu məqsədə çatmaq üçün bütün mümkün çətinliklərin öhdəsindən gəlmək niyyətindəyik.”
Həmçinin qeyd edilib ki belə yarışlar bu idman növünün inkişafına, onun gənc nəslin arasında populyarlaşmasına xidmət edir.
Zirə Mədəniyyət mərkəzinin balaca gimnastları da bu yarışda iştirak edirdilər.Onlardan Mahmudova Xumar halqa ilə hərəkətlərə görə 3 - cü yerə layiq görülüb.Abdullayeva Leyli isə yarışlarda iştirakına görə diploma layiq görülüb.