Şahmat üzrə IVdərəcə təsnifat turniri
27-29 Yanvar tarixlərində Zirə Mədəniyyət Mərkəzində uşaq və yeniyetmələr
arasında şahmat üzrə IVdərəcə uğrunda təsnifat turniri keçirilmişdir. Turnirdə Zirə
Şahmat Klubunun şahmatçıları ilə bərabər Buzovna məktəbinin şahmatçıları da
iştirak etmişlər. Turnirdə İslamov Murad 6 1 / 2 , Umarov Nəcəf 6, Zeynalov Əli 6,
Rəsulzadə Mehman 6, Cəlilov Mirzəağa 5 1 / 2 , Abdullayev Yusif 5 1 / 2 , Umarov
Qüdrət 5 1 / 2 , İslamov İlkin 5 1 / 2 və Süleymanov Əhməd 5 1 / 2 xal toplayaraq
normativi yerinə yetirmiş, IV dərəcəyə sahiblənmişlər.