Bədii gimnastika idman növü üzrə İsmayıllı Açıq Birinciliyi
15 Aprel 2017-ci il tarixində İsmayıllı Olimpiya İdman Kompleksində bədii gimnastika idman növü üzrə İsmayıllı Açıq Birinciliyi keçirilmişdir. Birincilikdə iştirak etmək üçün “Zirə Mədəniyyət Mərkəzi ” MMC tərəfindən A kateqoriyasında 2008- ci il təvəllüdlü Mahmudova Xumar, B kateqoriyasında 2011-ci il təvəllüdlü Ağayeva Yağmur, C kateqoriyasında 2011-ci il təvəllüdlü Babayeva Lamiyə və 2012-ci il təvəllüdlü Cabarlı Taclıbəyim ezam olunmuşlar. Gimnastlarımız uğurla çıxış etmişlər. Mahmudova Xumar çoxnövçülük və alətsiz hərəkətlərdə II yer, ip ilə hərəkətlərdə I yer, Babayeva Lamiyə və Cabarlı Taclıbəyim alətsiz hərəkətlərdə I yer tutaraq fəxri kürsünün ən yüksək pilləsinə qaxmışlar. Ağayeva Yağmur fəal iştirakına görə diplomla təltif olunmuşdur.