Bədii gimnastika üzrə “Summer Sun” II Zirə Açıq Birinciliyi
08 İyul 2017-ci il tarixində Zirə Mədəniyyət Mərkəzi MMC-nin (Eko-Park) təşkilatçılığı ilə bədii gimnastika üzrə II Açıq Zirə Birinciliyi keçirilmişdir. Yarışma Zirə qəsəbəsi N. Yaqubov adına 120 №li məktəbin idman zalında keçirilmişdir. Yarışda Azərbaycanın müxtəlif regionlarından, Sumqayıt, Gəncə, İsmayıllı, Şirvan, Qusar, Zirə, Şağan, “Star” klublarından 100 gənc gimnast iştirak etmişdir.
Yarış Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Yarışın birinci hissəsində 2011-2013- cü il təvəllüdlü gimnastlar çıxış etmişlər. Mərkəzin təmsilçiləri 2011-ci il təvəllüdlü Ağayeva Yağmur və Babayeva Lamiyə, həmçinin 2013-cü il təvəllüdlü Cabarlı Taclıbəyim uğurlu çıxışları ilə hakimlərin diqqətini cəlb edə bilmiş və fəxri kürsünün yüksək pillsinə qalxmışlar. 2008-ci il təvəllüdlü Mahmudova Xumar yarışmanın “Little Lady” nominasiyasında qalib olmuşdur.