Zirə Mədəniyyət Mərkəzinin rəqs qrupu “Ümid Beynəlxalq İncəsənət” yarışmasının qalibi olmuşdur.
Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə yanvarın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Ümid Beynəlxalq İncəsənət” yarışması keçirilmişdir. Yarışmanın təşkilati dəstəyi Mədəniyyət Nazirliyi və “Jam Group” olmuşdur. Yarışma yaş kateqoriyasına görə keçirilmiş: beybi (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yuniorlar (16 yaşa kimi), ərgin (16 yaş və yuxarı).
Bu yarışların keçirilməsində məqsəd gənclərin kənarda qalmaması, onların öz bacarıqları sayəsində uğurlar qazana bilmələri, səhnəyə çıxmaları və özlərini daha da inkişaf etdirmələrinə səbəb olmaqdır.
Zirə Mədəniyyət Mərkəzinin “Bakının İşıqları” rəqs qrupunun rəqqasları “yuniorlar” kateqoriyasında çıxış etmişlər. Və bu kateqoriyada “Cəngi” rəqsi ilə III, “Qaraçı” rəqsi ilə I yerə laiq görülmüşlər.