Litva Respublikasının Azərbaycandakı səfiri cənab Egidijus Navikas və diplomatik missiyanın rəhbəri xanım Dalija İgnataviciute EKO Parkda
Zirə Mədəniyyət Mərkəzi – EKO Parkın növbəti qonaqları Litva Respublikasının Azərbaycandakı səfiri cənab Egidijus Navikas və diplomatik missiyanın rəhbəri xanım Dalija İgnataviciute olmuşdur. İlk öncə mərkəzin rəhbərliyi ilə görüşən cənab səfir Mərkəzlə tanış olarkən burada məktəbli və tələbələr üçün yaradılmış kurslar və şəraitlə yaxından tanış olmuşdur. Xalça Muzeyində nümaiş edilən iki ekspozisiya: yaşı yüzdən çox olan "Qədim xalılar" və Bakı kəndləri adına yeni yaradılmış "Bakı qrupu: Yeni çeşnilər" ekspozisiyası cənab səfirin diqqətini cəlb etmişdir.
Çay süfrəsi ətrafında söhbət zamanı Litva – Azərbaycan mədəni-ictimai əlaqələri, birgə mədəni və kütləvi tədbirlərin keçirilməsi və bir sıra digər məsələlər barəsində danışıldı, gələcəkdə sıx əməkdaşlıq edilməsi barədə razılığa gəlindi. Vəkil Litva Respublikası adına "Xatirə bağı"nda ağac əkmişdir. Mərkəz adından cənab səfirə "Yaxın-Uzaq Zirə" və "Bakı xalçaları: Yeni çeşnilər" kitabları hədiyyə verilmişdir. Sonda cənab səfir xatirə kitabına ürək sözlərini yazmış, mərkəzin işçiləri ilə kollektiv şəkil çəkilmişdir.